Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan getdi, içkiyə qurşandı, depressiyaya düşdü...

Rusiyadan getdi, içkiyə qurşandı, depressiyaya düşdü...

Tarix: 16 Oktyabr 2022 18:12

Yutubda yayımlanan "Вписка" proqramının qonağı olan rusiyalı reper Morqenştern həyatının necə dəyişdiyindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Dubaya köçən sənətçi bir neçə aydır depressiyaya düşdüyünü etiraf edib. O, hətta kədərli treklər də yazmağa başladığını deyib.

Reper avtomobil idarə edərkən baş verən panik atakdan necə xilas olduğunu danışıb:

"Ürəyim belə döyünməyə başlayır, bədənim titrəyir... Mən yanacaqdoldurma məntəqəsinə getdim, işçilərə şiddətli panik atak keçirdiyimi və bir müddət burada oturacağımı söylədim. Həkim gəldi və yoxladılar. Dedilər ki, yaxşısan, sadəcə panik atakdır, get evə, dincəl, sakitləş, içməyi dayandır".

Morqenşternin sözlərinə görə, Dilarə Zinatullina ilə boşandıqdan sonra o, kifayət qədər motivasiya videoları gördüyü üçün içkini dayandırıb. Ancaq bu, cəmi bir ay çəkib:

"Beyin istəyir, yaşamaq istəyirəm - amma içmək daha əyləncəlidir. 160 milyona ev alırsan, ölkədən qovulursan. Arvadından boşanırsan, kökəlirsən, güzgüyə baxırsan və özünü bəyənmirsən".


Etiketlər:  Rusiyadan getdi içkiyə qurşandı depressiyaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ