Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik''

''Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik''

Tarix: 16 Oktyabr 2022 20:10

"Ermənistan hakimiyyətinin (Paşinyanı nəzərdə tutur) siyasəti nəticəsində biz həm danışıqlarda, həm də beynəlxalq ictimaiyyətin təsəvvüründə təşəbbüsü tamamilə itirmişik". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində yazıb.

"Bu günlərdə Qarabağın "nümayəndə heyəti" Ermənistandadır, Ermənistan hakimiyyəti ilə görüşür. Rəsmi İrəvanın danışıqları və fəal diplomatik fəaliyyətin nəticələrini necə təqdim etməsindən asılı olmayaraq, bir şey aydındır: Qarabağ Azərbaycanın tərkibində qalır. Əminəm ki, "Arsax" hakimiyyəti bunu yaxşı bilir. Hakimiyyətin məntiqi belədir: Qarabağdan əl çəkəcəyik, Ermənistanı "xilas edəcəyik".

Problem ondadır ki, Qarabağ "hakimiyyəti" bu məntiqi başa düşür. Onlar Ermənistanın təhlükəsizliyinə və suverenliyinə xələl gətirə biləcək hər hansı "macəra"ya atılmaq istəmirlər.

Təbii ki, Ermənistan və Qarabağ "hakimiyyətinin" bu cür yanaşması Qarabağı itirməyin ən qısa yoludur.

Uzun müddətdir ki, Ermənistanda "Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ" haqda kəlmə danışılmır", deyə o, qeyd edib.


Etiketlər:  Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ