Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Telegram” istifadəçiləri üçün xoş olmayan sürpriz

“Telegram” istifadəçiləri üçün xoş olmayan sürpriz

Tarix: 17 Oktyabr 2022 04:48

"Telegram" messencerində standart funksiyalardan biri pullu olub. Belə ki, artıq yalnız "Premium" abunəçiləri çatlarda kanallar adından mesaj dərc edə biləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq "Premium" abunəsi olmayan hesablar kanal adından şərhlərdə və qruplarda yaza bilmirlər (yalnız şəxsi hesabı adından mümkündür). Bu funksiya əvvəllər abunə olmadan mövcud idi.

"Telegram"ın tərtibat komandasına yaxın mənbə bildirib ki, bu funksiyadan spamerlər sui-istifadə ediblər və məhz bununla əlaqədar olaraq funksiyanın ödənişli abunəliyə keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, cari ilin iyun ayında "Telegram" daxilində ödənişli funksiyalar elan edilən zaman messencerin yaradıcısı Pavel Durov əmin etmişdi ki, hazırda bütün mövcud funksiyalar pulsuz olaraq qalacaq, gələcəkdə isə daha bir çox yeni pulsuz funksiyalar peyda olacaq.

Milli.Az


Etiketlər:  Telegram istifadəçiləri üçün xoş olmayan sürpriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ