Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Tarix: 17 Oktyabr 2022 23:04

"France Football" yeni mükafat təsis edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu ildən "Sokrates kuboku"nun ən yaxşısı mükafatlandırılır.

"Qızıl top"un Parisdəki təltifetmə mərasimi çərçivəsində "Sokrates kuboku"nun ilk sahibi bəlli olub. İctimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulan yeni mükafatın birinci qalibi "Bavariya"nın seneqallı hücumçusu Sadio Mane olub.

"Sokrates kuboku" sosial inteqrasiya, ətraf mühitin inkişafına töhfə verən, böyük təhlükə altında olan, münaqişə qurbanlarına yardım məqsədli xeyriyyə işlərində fəal iştirak edənlərə verilir.

Milli.Az


Etiketlər:  Sokrates kubokunun ilk qalibi bilinib


RƏYLƏR