Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 06:06
Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, maddələr mübadiləsinin və fizioloji proseslərin tənzimlənməsində iştirak edən bioloji aktiv maddələrir. Orqanizmdə hormon mübadiləsinin pozulması ilə əlaqədar olaraq bir sıra xəstəliklər baş verə bilir. Bunlara aşağıdakıları misal göstərmək olar:
- şəkərli diabet
- şəkərsiz diabet
- tunc xəstəliyi
- diffuz tirotoksik ur xəstəliyi və s.
Çıxarıcı axacağı olmayan və hüceyrələrində sintez edilən maddələri bilavasitə qana sekresiya edən vəzilər haqda tibb elminə ilk dəfə XVII əsrdə məlumatlar məlum olmuşdur. Hormonal vəzilər endokrin və ekzokrin olmaqla 2 qrupa bölünür.
Ekzokrin vəzilərə aiddir:
- həzm sistemi vəziləri
- tər vəziləri
- piy vəziləri.
Endokrin vəzilər xarici axacağı olmayan vəzilərdir ki, bunlara daxili sekresiya vəziləri də deyilir. Onlar öz şirələrini bilavasitə qana və ya limfaya ifraz edirlər. Bunlar aşağıdakılardır:
- hipotalamus
- hipofiz
- epifiz
- çəngələbənzər vəz
- qalxanabənzərətrafı vəz
- qadın cinsiyyət vəziləri
- kişi cinsiyyət vəziləri
- mədəaltı vəz.
Hormonlar hüceyrələrdən bioloji mayelərə keçərək orqanizmdə qeyri-spesifik dəyişikliklər törədən maddələrdir. Hormonlar yüksək bioloji fəallığa malik olan birləşmələrdir. Onlar orqanzmin həyat əhəmiyyətli bütün proseslərində bilavasitə iştirak edirlər.