Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 19:50
Rusiya Təhsil Nazirliyi müəllim və valideynlərə "WhatsApp" da daxil olmaqla bütün xarici messencerlərdən (o cümlədən "Viber", "Skype", "Google Drive" və s.) təhsil prosesində və ya iş yerində istifadə etməyi yasaqlayıb. Qurum "VKontakte" istifadəsinə keçməyi tövsiyə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əvvəl belə tədbirlər Rusiyanın ayrı-ayrı vilayətlərində (Sankt-Peterburq, Nijni-Novqorod, Kursk və s.) görülüb. Belə ki, regional təhsil idarələri məktəb, kollec və universitetlərdən xarici internet xidmətlərindən istifadənin dayandırılması tələb edib. Rəsmilər buna səbəb kimi təhlükəsizliyi göstəriblər.
Təhsil Nazirliyi ölkə boyu bütün məktəblərdə xarici messencerlərdən istifadə etməmək barədə tövsiyələrin yayılmasını təsdiqləyib, lakin bunu yalnız "Mənim Məktəbim" dövlət sistemi və onun komponentləri ilə işləməyə aid olduğunu iddia edib.