Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yolda səki yoxdur, piyadalar təhlükə altındadır - VİDEO

Bu yolda səki yoxdur, piyadalar təhlükə altındadır - VİDEO

Tarix: 19 Oktyabr 2022 18:38

Zabrat Kürdəxanı yolunda sürücülər nəzərə alınsa da, deyəsən, piyadalar unudulub. Hazırda bu yoldan istifadə edən piyadalar sürətlə hərəkət edən avtomobillərlə eyni  yolu  bölüşürlər. Ərazidə piyada keçidi də var əslində. Çox gözəl. Bəs piyada bu keçidə necə, hansı səki ilə getsin, bax bu maraqlıdır?

Paytaxtın Sabunçu rayonunun sakinləri piyada kimi təhlükəsizliklərinin təmin olunmamasından şikayətçidirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, piyadalar üçün səkinin olmaması təkcə onlara yox, elə sürücülərə də təhlükə yaradır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılacaq, əgər ehtiyac yaranarsa, piyada və sürücülərin təhlükəsizliklərini təmin etmək məqsədilə tədbir görüləcək.

Milli.Az


Etiketlər:  Bu yolda səki yoxdur piyadalar təhlükə altındadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ