Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 19:18
Taksi sürücülərinin naviqator problemi var. "Xəzər Xəbər"ə müraciət edən bir qrup vətəndaş bəzi qəzalara məhz naviqatorun səbəb olduğunu bildirib. Onlar deyirlər ki, əksər sürücülər yolları tanımır, nəzəri naviqatorda qalır, nəticədə də diqqət yayınır və qəzalar qaçılmaz olur. Sərnişinlərin taksi xidmətləri ilə bağlı narazı olduğu digər məqamlar da var.
Bu onlayn taksi xidməti sahəsində olan problemlərin sadəcə bir qismidir. Hər gün yüzlərlə vətəndaş belə taksilərin sürücüləri ilə problemlər yaşayır.
Xüsusilə tərcübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır. Belə ki, bir çox sürücü yolları tanımır, nəzəri naviqatprda qaldığından yoldan diqqət yayınır, bu isə qəzaları qaçılmaz edir.
Sakinlər deyir ki, bu sahədə daha çox problem yaşadıqları şirkətlər transmilli şirkətlərdir. Daha açıq desək, bazarı əla alan "Bolt" və "Uber"dir.
Məsələ ilə bağlı adı çəkilən şirkətlərlə əlaqə saxladıq, lakin onlar suallarımızı cavablandırmaqdan yayındılar. Yerli taksi şirkətlərinin rəhbərləri isə bildirdilər ki, onlayn taksi şirkətləri sürücüləri işə alarkən onlarla üz-üzə görüşmür, elə onlayn qaydada işə götürür. Bu səbəbdən də taksi bazarındakı problem getdikcə böyüyür.
Yerli taksi şirkətləri həmçinin iddia edir ki, ölkədə fəaliyyət göstərən transmilli şirkətlər onların fəaliyyətinə problem yaradır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov da bildirdi ki, taksilərin pərakəndə fəaliyyəti nəqliyyat sistemində dözülməz vəziyyət yaradıb.
Ekspert problemin həlli yolunu mövcud taksi fəaliyyəti ilə məşğul olan subyektlərin fəaliyyətinin qanun çərçivəsinə salınmasında görür.
Yəqin ki, vahid taksi xidməti yaradıldıqdan sonra mövcud problemlərə son qoyulacaq.