Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

XİN rəhbəri Ukraynanı İran dronlarının istifadəsinə dair sənəd təqdim etməyə çağırıb

XİN rəhbəri Ukraynanı İran dronlarının istifadəsinə dair sənəd təqdim etməyə çağırıb

Tarix: 19 Oktyabr 2022 22:52

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Xorvatiyanın xarici işlər naziri Gerliç Rodman arasında baş tutan telefon danışığında telefon danışığı baş tutub.

Milli.Az APA-ya istinadən bildirir ki, danışıq zamanı ikitərəfli, regional və beynəlxalq əlaqələr müzakirə edilib, əməkdaşlığın dərinləşdirilməsi vurğulanıb.

İran XİN rəhbəri Ukraynadakı son hadisələrə və bu ölkənin bəzi rəsmilərinin illər əvvəl Rusiyaya təhvil verilmiş İran pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya qarşı müharibədə istifadə edildiyinə dair iddialarına toxunaraq deyib:

"Biz müharibəyə və silahlanmaya qəti şəkildə qarşıyıq. Biz Ukrayna hakimiyyətinə demişik ki, Ukrayna müharibəsində İran pilotsuz təyyarələrinin istifadəsi ilə bağlı istənilən sənədi təqdim etsinlər".

Hüseyn Əmir Abdullahian bildirib ki, İranla Rusiya Rusiya uzun illər müdafiə sahəsində əməkdaşlıq edib.

"Biz Ukraynaya qarşı müharibəni dəstəkləməmişik və Ukraynaya qarşı müharibədə istifadə üçün İran silahlarından heç birini Rusiyaya verməmişik", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  XİN rəhbəri Ukraynanı İran dronlarının istifadəsinə dair sənəd təqdim etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ