Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 ay əvvəl yoxa çıxan çobanın meyiti qorxunc vəziyyətdə tapıldı

3 ay əvvəl yoxa çıxan çobanın meyiti qorxunc  vəziyyətdə tapıldı

Tarix: 22 Oktyabr 2022 08:56

Türkiyənin Ardahan şəhərində açıq sahədə meyit tapılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, uzun müddət açıq havada qaldığı üçün tanınmaz hala gələn meyitin 3 ay əvvəl çobanlıq edərkən yoxa çıxan Erhan Uslusuya məxsus olduğu ortaya çıxıb.

Yamçılı kəndində açıq sahədə meyit görən vətəndaşlar jandarmaya xəbər verib. Əraziyə gələn qruplar apardıqları araşdırmada meyitin kişiyə aid olduğunu müəyyən ediblər. Uzun müddətdir açıq havada olduğu düşünülən meyit yarılma üçün Ardahan Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Bildirilib ki, 3 ay əvvəl rayonda çobanlıq edərkən yoxa çıxan Erhan Uslusuya aid olduğu düşünülən meyitin yarılma əməliyyatlarından sonra daha dəqiq müəyyənləşəcəyi bildirilib.

Milli.Az


Etiketlər:  3 ay əvvəl yoxa çıxan çobanın meyiti qorxunc vəziyyətdə tapıldı


RƏYLƏR