Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İlhamənin ağlına gəlməzdi ki, ondan danışaram”

“İlhamənin ağlına gəlməzdi ki, ondan danışaram”

Tarix: 22 Oktyabr 2022 13:50

Xalq artisti Nazpəri Dostəliyeva bir vaxtlar qalmaqal yaşadığı, mərhum həmkarı İlhamə Quliyeva haqda açıqlama verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, "Zaurla Günaydın" verilişində danışıb. Sənətçi deyib ki, Quliyevanın məzarına baş çəkib:

"Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi. İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. "Yandım, elə yandım"ı sevirdim. Böyük mənuniyyətlə ifa edərdim. Amma istəmədim. Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm ki, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik".


Etiketlər:  İlhamənin ağlına gəlməzdi ondan danışaram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ