Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masallıda din xadimlərini bir araya gətirən SEMİNAR KEÇİRİLİB - FOTO

Masallıda din xadimlərini bir araya gətirən SEMİNAR KEÇİRİLİB - FOTO

Tarix: 26 Oktyabr 2022 10:06

Masallıda "Dini vəhdət-milli birlik" adlı seminarın üç günlük seminar keçirilib. 

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallıda din xadimləri üçün "Dini vəhdət-milli birlik" adlı üç günlük seminar keçirilib. Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Üç günlük seminar çərçivəsində din xadimlərilərinin iştirakı ilə Masallı şəhər "Cümə" məscidində vəhdət namazı qılınıb, Qəhrəmanlar parkı, Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Tədbirdə seminar iştirakçılarına ekspertlər tərəfindən mühazirələr oxunub, maarifləndirici xarakterli film və videoçarxlar nümayiş etdirilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallıda təşkil olunan "Dini vəhdət-milli birlik" adlı üç günlük seminarda yerli din xadimləri ilə yanaşı, Oğuz, Qəbələ və Şamaxıdan olan din xadimləri də iştirak edirlər. Seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyimizin möhkəmləndirilməsidir.

Milli.Az


Etiketlər:  Masallıda din xadimlərini bir araya gətirən SEMİNAR KEÇİRİLİB FOTO


RƏYLƏR