Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 20:22
"Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında problemlər bitmək bilmir.
Sonxeber.net apasport.az saytına istinadən xəbər verir ki, argentinalı forvard indi də klub rəhbərliyini məsələyə qatıb.
İkardinin PSJ-dən "Qalatasaray"a icarəyə verilməsinə vasitəçilik edən Nara keçid baş tutduqdan sonra ondan ayrılıb. Ancaq "cim-bom" bu transferə görə Vandaya 1 milyon avro menecerlik haqqı ödəməlidir.
İkardi rəhbərliklə görüşərək, artıq Naranın meneceri olmadığını bildirib və həmin pulu ona verməməsini istəyib. Yalnız bundan sonra "sarı-qırmızılılar" Vanda Naraya verdiyi çeki bloklayıb.
Qeyd edək i, Mauro İkardinin "Qalatasaray"la icarə müddəti mövsümün sonuna qədərdir.