Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 16:30
Cinayətkarlar Yunanıstanda ukraynalı qaçqın ailəsindən bir milyon avrodan çox pul oğurlayıblar.
Sonxeber.net bildirir ki, bu barədə "MEGA" telekanalı məlumat verib.
"Soyğunçular son bir neçə ay ərzində ölkəmizdə olan ukraynalı ailənin hərəkətlərindən yaxşı xəbərdar idilər", - məlumatda deyilib. Oğurluğun Varkizada baş verdiyi də qeyd edilib.
Ailənin 26 yaşlı qızı polisə zəng edərək hadisəni törədənlərin Varkizada yaşadıqları evə daxil olduqlarını bildirib. Qızın valideynləri xaricdədir və o, evindən bir milyon avro dəyərində qızıl-zinət əşyalarının və 85 min dollar nağd pulun oğurlandığını bildirib.
Polisin məlumatına görə, cinayəti törədənlər bir müddət ailənin hərəkətlərini izləyib və hər iki valideyn xaricdə olarkən cinayəti törətmək qərarına gəliblər.
İrfan Vəliyev