Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya liderləri niyə yəhudilərə nifrət edirlər? – Skandal məqalə

Rusiya liderləri niyə yəhudilərə nifrət edirlər? – Skandal məqalə

Tarix: 27 Oktyabr 2022 21:24

"Əgər Putin antisemitizmin əleyhinədirsə, antisemit ruhlu məqalə yayımlayan şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın ictimai-siyasi həyatındakı son gəlişmələrə toxunub:

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin köməkçisi Aleksey Pavlov məşhur "Arqumenti i faktı" qəzetində yayımlanan məqaləsində Ukraynanın siyasətini tənqid atəşinə tutur, bu ölkəni idarə edənlərin slavyan köklərindən uzaqlaşdıqlarını və "anormal insanlar"ın nəzarəti altına keçdiklərini iddia edir. Pavlov "anormal insanlar" dedikdə "radikal İudaizm"ə bağlı olanları nəzərdə tutduğunu gizlətməyib. Bu açıq-aşkar antisemitizmdir. Pavlov bu sırada ukraynalı oliqarxlardan İqor Kolomoyskinin adını çəkib. Bəli, sirr deyil ki, Kolomoyski yəhudidir, Ukraynanın hazırki Prezidenti Vladimir Zelenski də eyni kökə bağlıdır.

Rusiya və keçmiş SSRİ tarixinin müxtəlif kəsimlərində bu imperiyaların başında dayananların yəhudilərə nifrəti, qətliamlar və saxta məhkəmə işləri olub. Bu siyasət Rusiyanın şovinist çarlarından tutmuş SSRİ diktatoru Stalinə qədər davam edib. Buna görə də yəhidilərin ən böyük köçlərindən biri müxtəlif dövrlərdə məhz Rusiya və SSRİ-dən olub.

Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin antisemit baxışları yoxdur, hətta bir ara İsraillə sıx münasibətləri də vardı. Ancaq Putin hər dəfə israilli rəsmilərə o sual da verirdi ki, "Siz necə ola bilər ki, nasistlərə simpatiyası olan Ukraynanı dəstəkləyirsiniz?".

Putin Ukraynada müstəqillik uğrunda mübarizənin başında dayanan Stepan Banderanın xalq qəhrəmanı kimi təqdim olunduğunu nəzərdə tutur.

Putinin özündən soruşmaq lazımdır ki, "Bəs siz yəhudilərə nifrət bəsləyən diktator Stalinə niyə bu qədər rəğbət bəsləyirsiniz?".

Əgər Putin antisemitizmin əleyhinədirsə, antisemit ruhlu məqalə yayımlayan şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır".

Milli.Az


Etiketlər:  Rusiya liderləri niyə yəhudilərə nifrət edirlər Skandal məqalə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ