Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 08:30
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinə daxil olmaq üçün bütün cəhdlərinin qarşısını alır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Xerson vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov deyib.
"Biz mövqeni saxlayırıq. Hələlik heç kim heç yerə hərəkət etmir. Ukraynalıların Xerson vilayətinin ərazisinə soxulmaq üçün davamlı cəhdləri var, lakin onların şansları çox zəifdir. Qoşunlarımız bütün cəhdləri dayandırır", - K.Stremousov qeyd edib.