Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya İran səfirini XİN-ə çağırdı

Almaniya İran səfirini XİN-ə çağırdı

Tarix: 29 Oktyabr 2022 08:44

Almaniya İranda davam edən təhlükəsizlik tədbirlərinə etiraz olaraq İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse açıqlama verib.

"Mən təsdiq edə bilərəm ki, həm Tehrandakı səfirimiz, həm də İranın Berlindəki səfiri dünən müvafiq xarici işlər nazirliklərində görüşə dəvət olunublar", - o bildirib.

Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ilə başlayan hökumət əleyhinə etirazlardan sonra Almaniya üçüncü dəfə İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.


Etiketlər:  Almaniya İran səfirini XİN çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ