Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 13:35
"Bu həyatı indi yaşayırıq, şirindir. Bu dünyaya ikinci dəfə heç vaxt gəlmək istəmərəm. Bilsəm ki, cəh-cəlal içində yaşayacağam, yenə də bu dünyanın ayrılıqlarına, ölümlərinə, haqsızlıqlarına dözə bilmərəm. Bu balaca çiyinlərimdə o yükü daşımaqdan yorulmuşam".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu "Günün sədası" verilişində deyib.
Sənətçi həyatında rastlaşdığı ayrılıqlara və acılara görə ikinci dəfə dünyaya gəlmək istəmədiyini bildirib:
"İkinci dəfə bu dünyaya gəlmək kimi bir məsələ olarsa, Allahıma dönə-dönə yalvararam ki, məni bu dünyaya gətirmə, istəmirəm. Nə yaşamışamsa, pis və ya yaxşı, bilmirəm səhv və ya düzgün eləmişəm, bu hadisələri mən yaşamışam. Bu mənimdir. Heç kim mənə gülməsin. Elə adamlar var ki, gəlib öyüd-nəsiyyət verir. Hələ bilmək olmaz ki, səhər orada nə olacaq və mənə nələrsə deyən insana nə olacaq. Mən gördüklərimdən zövq almıram.
Övladlarımdan, yaxşı dostlarımdan zövq alıram. Amma bu dünyanı sevmirəm. Bu həyatda ayrılıqlar çoxdur. Uşaqlar öv valideyinlərindən ayrılır. Bunlara dözmək üçün gərək vecsiz olasan. Amman mən belə ola bilmirəm".