Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 01:16
Mono qaşlı amerikalı modeli internetdə təhqir ediblər.
Sonxeber.net bildirir ki, bu mövzuda o, "The Sun"a müsahibəsində danışıb.
21 yaşlı Kena Jonel, 16 yaşında üz tüklərini yolmağı dayandırdığını və o vaxtdan qalın bir tək qaş böyüdüyünü söyləyib. Qızın sözlərinə görə, real həyatda hər kəs onun xarici görünüşünü tərifləsə də, sosial şəbəkələrdə abunəçilərin, əsasən də kişilərin təqibləri ilə üzləşib.
"TikTok-a başladığımdan bəri, onlar məni meymun və mağara adamı ilə müqayisə etdiklərini ediblər. Nifrət edənlərdən biri hətta mənim qaşımı soxulcan adlandırdı", - deyə Conel gileylənib və əlavə edib ki, nifrətə baxmayaraq, sosial şəbəkələrdə mono qaşlarını göstərməyə davam edəcək, çünki ona görə özünü ən çox güvəndə hiss edir.
İrfan Vəliyev