Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-dən taxıl dəhlizi ilə bağlı Rusiyaya çağırış

Aİ-dən taxıl dəhlizi ilə bağlı Rusiyaya çağırış

Tarix: 1 Noyabr 2022 09:00

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadan taxıl axınına icazə verən sazişi dayandırmasını pisləyib və taxıl dəhlizi sazişinin dərhal icrasını tələb edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell açıqlama verib.

O, Aİ adından verdiyi açıqlamada Qara Dəniz Taxıl Təşəbbüsü razılaşması sayəsində Ukraynadan dünya bazarlarına 9,5 milyon ton taxıl və ərzaq çatdırıldığını bildirib.

Rusiyanı ərzaq və aclıqdan silah kimi istifadə etməkdə günahlandıran Borrell, "Aİ Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmasını pisləyir və Rusiyanı qərarından dönməyə və bu təşəbbüsün həyata keçirilməsini təcili şəkildə bərpa etməyə çağırır", - deyib.

Borrell qeyd edib ki, onlar BMT-nin Baş katibi Antonio Quterreşin taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı çağırışını dəstəkləyirlər.

Qeyd edək ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanıb.


Etiketlər:  dən taxıl dəhlizi ilə bağlı Rusiyaya çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ