Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO)

Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO)

Tarix: 4 Oktyabr 2019 12:15

Bakı. Trend:

Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılan Kodeks Alimentarius Milli Komissiyasının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ilk iclası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov komissiyanın yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, qarşıda duran məsələlər, görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, qarşıya qoyulan məqsəd bu sahədə mövcud olan sanitariya norma və qaydaları müvafiq beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Elxan Mikayılov onu da vurğulayıb ki, komissiyanın qarşısına qoyulan vəzifələr reallaşdırıldıqca istehsalçıların işi asanlaşacaq, istehlakçıların maraqları təmin olunacaq. Ən əsası Azərbaycanda istehsal olunan məhsulların ixrac potensialı artacaq. Sonra Agentliyin əməkdaşı Fərid Əmirov komissiya barədə təqdimatla çıxış edib. İclasda “Ümumi gigiyena tələbləri” və “Mikrobioloji kriteriyalar”a dair sanitariya norma və qaydalarının layihələri komissiya üzvlərinə təqdim edilib, komitələrdə baxılması məqsədəuyğun hesab olunub.

Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası qida məhsulları standartının işlənib hazırlanması məqsədilə 1963-cü ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılıb. Ölkəmiz 2011-ci ildən komissiyanın üzvüdür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO) Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO) Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO) Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO) Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO) Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım (FOTO)


Etiketlər:  Qida təhlükəsizliyi ilə bağlı normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha addım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ