Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2025 14:39
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.
Oktyabrın 15-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistanın Mədəniyyət nazirinin müavini Nursahet Şirimov** və digər rəsmi şəxslər iştirak ediblər.
Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Azərbaycanın Xalq artistləri **Gülyaz və Gülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər.
Konsert proqramı Nizami yurdu - qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.
Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyəti Günləri rəsmi şəkildə yekunlaşıb.