Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 23:25
Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
Sonxeber.net oxu24.com-a istinadən xəbər verir ki, bu barədə aktrisa Ülviyyə Əliyeva məlumat yayıb.
O bildirib ki, həmkarının vəziyyəti yaxşı deyil:
"İki-üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb.
Hamınızdan Tünzalə üçün dua istəyirəm. İnşallah Allah onu övladına bağışlayar. Bu gün yenidən analiz verdi. Təkrar şüa qəbul etməyə başlayacaq".
Qeyd edək ki, xəstəlik daha əvvəl aktrisanın daxili orqanlarına yayılmışdı.