Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2022 07:51
Müəyyən xəstəliklər zamanı və bəzi cərrahi əməliyyatlardan sonra xəstələrin təbii yolla (ağız vasitəsilə) qidalanması mümkün olmur. Belə olan surətdə xəstələri süni qidalanma vasitələri ilə qidalandırmaq lazım gəlir. Süni qidalanmanın 4 üsulu var:
1. Zondla burun yolları ilə.
2. Zondla ağız vasitəsilə.
3. Mədəyə əməliyyat vasitəsilə qoyulmuş zondla.
4. Qidalandırıcı imalələr vasitəsilə.
Zondla burun yolları ilə qidalanma zamanı nazik steril zond xəstənin burun dəliyindən mədəsinə ötürülür, sulu qida maddələri az miqdarda 20 qramlıq şpirislə zond vasitısilə yedizdirilir. Zond burun dəliyinə salınmazdan əvvəl qliserinlə yağlanır.
Zondla ağız vasitəsilə qidalanma zamanı zond udlağın arxa hissəsi vasitəsilə mədəyə ötürülür və xəstə 20 qramlıq şprislə az-az yedizdirilir. Zond vasitəsilə xəstəyə müxtəlif cür bulyonlar, suda bişmiş yumurta, şirələr, kakao, kofe, süd və s. vermək olur.
Yuxarıda göstərilən metodlar mümkün olmadıqda əməliyyat vastəsilə xəstənin mədə və ya onikibarmaq bağırsağına fistul qoyulur və qida birbaşa xəstənin mədəsinə yeridilir. Fistul vasitəsilə xəstəyə gün ərzində 5-6 dəfə, hər dəfə 150-200 ml sulu yemək yeritmək olar.
Qidalandırıcı imalə eləmək üçün əvvəlcə xəstəyə təmizləyici imalə edilir, daha sonra isə qidalandırıcı vasitələr damcı vasitəsilə xəstənin düz bağırsağından içəriyə yeridilir. Qidalandırıcı vasitlərə fizioloji məhlul, qlükoza və sairə aiddir.