Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 15:20
Bakı. Elçin Mehdiyev - Trend:
Biz bilirik ki, dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çirkin əməllərini həyata keçirməyə çalışırlar.
Trend-in məlumatına görə, bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyininsədri Emin Həsənli SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak etmiş Qarabağ qazilərinin mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir. Onların övladları təhsil haqqlarından azad edilir.
E.Həsənli qeyd edib ki, dövlət tərəfindən şəhid ailələri, Qarabağ və Çernobıl əlillərinə göstərilən xüsusi diqqət göz önündədir: “Qarabağ qaziləri Azərbaycanın qızıl fonduna daxil olub. Çünki vətəni qorumaq ən şərəfli işdir. Amma biz bilirik ki, dövlətimizi istəməyən qüvvələr var və o qüvvələr çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azəraycan dövləti Qarabağ qazilərini, qazilər də dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər aradan qaldırılacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin