Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 ayda ''Azərişıq'' ASC-yə 3359 sahibkar müraciət edib

9 ayda ''Azərişıq'' ASC-yə 3359 sahibkar müraciət edib

Tarix: 4 Oktyabr 2019 15:28

Bakı. Samir Əli - Trend.

Bu ilin doqquz ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib.

Trend-in məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə departamentinin direktoru Elsəvər Rüstəmli bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə daha çoxdur.

“Eyni zamanda, 2018-ci ilin doqquz ayı ərzində 1010 sahibkar müraciəti daxil olub. Sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması, heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ayda Azərişıq 3359 sahibkar müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ