Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Uğursuzluğa görə onu günahlandırır” - Putin özünə yeni düşmən tapdı

“Uğursuzluğa görə onu günahlandırır” - Putin özünə yeni düşmən tapdı

Tarix: 5 Noyabr 2022 21:16

"Rusiya Prezidenti Vladimir Putin öz ətrafı ilə yanaşı, Duqin və Proxorov kimi rus okkultistlərinə və ənənəçi filosoflara aludə olub. Bu, təcavüzkar ölkənin başçısının reallığı ayıq-sayıq qəbul etməsinə mane olur".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı jurnalist Vitali Sizov deyib.

Putinin vaxtilə okkultizmlə məşğul olduğunu iddia edən jurnalist qeyd edib ki, indi də uğursuzluqlarına görə anqlo-saksonları günahlandırır.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi Böyük Britaniyanın simasında özünə "yeni düşmən" tapıb. Sizov hesab edir ki, bu, Sevastopol körfəzində Rusiya gəmilərinin partladılması ilə bağlıdır.

"Bunun rasional əsası varmı? Bunun yeganə əsası budur ki, Britaniya həqiqətən də Ukrayna ordusunun təlimi də daxil olmaqla, ciddi hərbi yardım göstərir. Ancaq Britaniyanı şəxsi məsuliyyətdə ittiham etmək üçün sübuta sahib olmaq lazımdır. Amma Rusiya bunu vecinə almır", - Sizov vurğulayıb.

Jurnalistin fikrincə, keçmiş müstəmləkənin effektli müqavimət göstərdiyini, faktiki olaraq keçmiş metropolu geri çəkilməyə məcbur etdiyini başa düşmək Rusiya üçün çox ağrılıdır:

"Onlara başa düşmək çətindir ki, bu, Ukrayna xalqının iradəsidir. Onlar nasistlər, satanistlər və ya anqlo-saksonlar deyil".

Milli.Az


Etiketlər:  Uğursuzluğa görə onu günahlandırır Putin özünə yeni düşmən tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ