Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 12:32
Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrel beynəlxalq ictimaiyyəti son vaxtlar ballistik sınaqlar da daxil olmaqla raket sınaqlarının sayını xeyli artıran Şimali Koreyanın hərəkətlərinə qətiyyətlə cavab verməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə onun Aİ ölkələri adından bəyanatında deyilir.
Avropa diplomatiyasının rəhbəri BMT-yə, xüsusən də Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək, sanksiyaların tam şəkildə tətbiq edilməsi tələbi ilə müraciət edib ki, KXDR özünün "qanunsuz silah proqramlarını" həyata keçirmək üçün lazım olan hər şeyi əldə edə bilməsin.