Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmaza sərnişin daşıyan "Prius" aşıb, xəsarət alanlar var

Xaçmaza sərnişin daşıyan

Tarix: 6 Noyabr 2022 19:58

Bakıdan Xaçmaza sərnişin daşıyan "Toyota Prius" idarətməni itirərək dərədən aşıb, xəsarət alanlar var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 122-ci kilometrliyində, Şabran rayonunun Taxtakörpü qəsəbəsi yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan 2002-ci il təvəllüdlü Quliyev Emin Qalib oğlu və 2003-cü il təvəllüdlü Dadaşov Gülyar Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Xaçmaza sərnişin daşıyan Prius aşıb xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ