Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobilin yük yerində gecələyən uşaqların anası cərimələndi

Avtomobilin yük yerində gecələyən uşaqların anası cərimələndi

Tarix: 6 Noyabr 2022 20:16

Rusiyanın Başqırdıstan vilayətində avtomobilin yük yerində gecələyən üç uşağın anasına inzibati qaydada iş açılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ilkin araşdırmaya görə, uşaqların valideynlərinin münaqişəsinə görə evi tərk ediblər. Onlar avtomobilin yük yerində gecələməli olublar. Polis uşaqları valideynlərinə təhvil verib.

Həmçinin ana inzibati qaydada cərimə olunub.

Qeyd olunur ki, noyabrın 6-da səhər saatlarında evi tərk etmiş 3 uşağın (12, 8 və 5 yaşlı) axtarışı üçün polisə müraciət daxil olub. Onların tapılması üçün Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin xilasediciləri, polis, kinoloq, könüllülər axtarışa cəlb olunublar. Uşaqlar evlərinin yaxınlığındakı "VAZ-2112" markalı avtomobilin yük yerində tapılıb.

Milli.Az


Etiketlər:  Avtomobilin yük yerində gecələyən uşaqların anası cərimələndi


RƏYLƏR