Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 15:52
Binəqədi rayonu, "Baksol" yaşayış massivinin yolu bərbad vəziyyətə salınıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, burada kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb, işlər bitdikdən sonra isə sıradan çıxarılmış asfalt qatı bərpa edilməyib.
İncəçay küçəsində yaşayan sakinlərin sözlərinə görə, bir neçə il əvvəl onların yaşadıqları bu küçə asfaltlanıb. Ancaq bir müddət sonra ərazidə kanalizasiya xətlərinin yenilənməsi çərçivəsində yollar qazılıb. İşlər bitsə də asfalt qatı bərpa edilməyib.
Məsələ ilə bağlı ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Binəqədi sukanal idarəsinin işçiləri tərəfindən 4 saylı kanalizasiya nasos stansiyasının təzyiqli çıxış xətlərinin yenilənməsi işləri görülüb. Əlavə edilib ki, həmin yol yaxın vaxtlarda bərpa ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterilaı təqdim edirik: