Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın ''Gent'' ilə oyunları bu saatda başlayacaq

''Qarabağ''ın ''Gent'' ilə oyunları bu saatda başlayacaq

Tarix: 9 Noyabr 2022 10:40

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.


Etiketlər:  Qarabağın Gent ilə oyunları saatda başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ