Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddin ciddi zədə aldı

Şahruddin ciddi zədə aldı

Tarix: 9 Noyabr 2022 20:06

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev "Turan Tovuz"la oyunda zədələnib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qolkiper meydanı xərəkdə tərk edib.

O, komanda yoldaşı Bədavi Hüseynovla toqquşaraq zədə alıb.

Qurban Qurbanov matçdan sonra qapıçının durumundan danışıb:

"Boyun nahiyəsində ağrısı var. Tam rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Ayağa qalxıb müəyyən qədər hərəkət etdi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Lakin ağrıları qalır. Durumuna sabah aydınlıq gələcək.

Milli.Az


Etiketlər:  Şahruddin ciddi zədə aldı


RƏYLƏR