Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistana səfərə gediblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistana səfərə gediblər

Tarix: 10 Noyabr 2022 13:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva Özbəkistana səfərə gediblər


RƏYLƏR