Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2019 02:04
Bakı. Trend:
Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, təkanlar yerli vaxtla saat 23:20-də qeydə alınıb.
Zəlzələnin episentri Datça rayonundan 66 kilometr məsafədə olub. Yeraltı təkanların episentri təxminən 12 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin