Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şüar Belarusda qadağan olundu – Nasist simvolu sayılacaq

Bu şüar Belarusda qadağan olundu – Nasist simvolu sayılacaq

Tarix: 10 Noyabr 2022 22:22

Belarus hökuməti nasist simvolları siyahısına "Yaşasın Belarus" şüarını və buna verilən "Yaşasın" cavabını daxil edib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

DİN-in qərarında bildirilir ki, bunlar əsasən Belarus Milli Müdafiə Qüvvələrinin keçmiş döyüşçülərindən ibarət "Vaffen-SS"-nin 30-cu diviziyasının şüarı olub, antipartizan əməliyyatlarında istifadə edilib.

Beləliklə, belaruslara sağ əlini açıq ovucla qaldıraraq "Yaşasın Belarus!" deyə qışqırmaq, "Yaşasın!" cavabını vermək qadağan edilib.

Məlumatda qeyd edilir ki, bu şüarlar uzun müddətdir Belarusun vətənpərvər dairələrində ənənəvi salamlaşmaya çevrilib.

Şüarın 1863-1864-cü illərin üsyançı hərəkatının şifrəli danışıqlarından gəldiyi güman edilir.

Üsyançılar arasında belə bir dialoq olub:

- Kimi sevirsən?

- Belarusu sevirəm.

- Qarşılıqlıdır.

Şüarın müasir forması ilk dəfə Yank Kupalanın 1905-1907-ci illərdə yazdığı şeirində səsləndirilib.

İkinci Dünya Müharibəsindən sonra "Yaşasın Belarus!" şüarı belaruslu mühacirlər tərəfindən fəal istifadə olunub.

2021-ci ildə Belarus Daxili İşlər Nazirliyi müxalifətin istifadə etdiyi bu şüarın nasist simvolları siyahısına əlavə olunmasını təklif etmişdi.


Etiketlər:  şüar Belarusda qadağan olundu Nasist simvolu sayılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ