Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 14:52
İran Rusiyaya qoşulmağın əbəs olduğunu anlamağa və geri çəkilməyə çalışır. Buna görə də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana səfər edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı ekspert Sergey Danilov deyib.
"Patruşevin İrana səfərinin versiyalarından biri budur ki, Tehran içində olduğu qarışıqlığı anlamağa başlayır və geri addım atmağa çalışır. Və Patruşev istiqaməti döndərməyə və onu iranlıların raketlərlə təmin edəcəyi vəziyyətə qaytarmağa gəlib. Biz tezliklə İranın Rusiyaya 300 və 700 km-lik orta mənzilli raketləri ötürüb-ötürməyəcəyini biləcəyik", - Danilov bildirib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrana qəfil səfəri KİV-də müzakirələrə yol açıb.