Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 18:50
Rusiyanın Xalq artisti Filip Kirkorov ilk dəfə qalmaqal yaşadığı özbək həmkarı Nərgiz Zakirova ilə xoş olmayan münasibətlərindən danışıb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə Dubayda olan sənətçi "YouTube"da yayımlanan "Алена, блин!" verilişində söz açıb.
Qastrol səfərinə çıxan ifaçı iki il əvvəl Daşkənddən olan həmkarı ilə sosial şəbəkədəki yazışmalarını nümayiş edib. Mesajlarda Kirkorovun ünvanına təriflər yağdıran Zakirova həmkarını doğum günü münasibəti ilə təbrik edərək ona sevgisini etiraf edib.
Filipin sözlərinə görə, prodüser Maksim Fadeev dahidir, çünki bu "nankor" sənətkarı öz əlləri ilə yaradıb.
Xalq artisti qorxmadan, çəkinmədən qarşı tərəfi "Çmo" (dəyərsiz, alçaq insan - red.) adlandırıb.
Qeyd edək ki, Nərgiz Zakirova Özbəkistanda Filip Kirkorovun şəhərdə asılmış posterinə nalayiq ifadələr səsləndirib. Buna cavab olaraq Kirkorov bildirib ki, həmkarı vətəndaşları və hakimiyyəti təhqir etdiyinə görə 50 il müddətinə Rusiyadan qovulub.