Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səkkizinci mərtəbədən yıxılan qız sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan qız sağ qaldı

Tarix: 11 Noyabr 2022 21:12

Yeni Moskvada yeddinci sinif şagirdi yaşayış binasının səkkizinci mərtəbəsindən yıxılaraq sağ qalıb.

Sonxeber.net bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Qız çərşənbə günü, noyabrın 9-da pəncərədən yıxılıb - bu, Sosenskoye kəndində baş verib. Yerli sakin yıxılma səsini eşidib və məktəbli qızı tapdıqdan sonra təcili yardım çağırıb.

Həkimlər qızı xəstəxanaya yerləşdiriblər, ona kəllə-beyin travması və çoxsaylı qançırlar diaqnozu qoyulub. Hadisənin səbəbləri hələlik məlum deyil.

İrfan Vəliyev


Etiketlər:  Səkkizinci mərtəbədən yıxılan qız sağ qaldı


RƏYLƏR