Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi arayışların hansı ödənişli və ya ödənişsizdir? - VİDEO

Tibbi arayışların hansı ödənişli və ya ödənişsizdir? - VİDEO

Tarix: 12 Noyabr 2022 14:38

Dövlət tibb müəssisələrində sağlamlıq haqqında arayış ödənişlidir.

Bəs icbari tibbi sığortadan sonra arayışın pulla verilməsi qanunauyğundurmu?

Sonxeber.net xəbər verir ki, TƏBİB "Xəzər-Xəbər"in sorğusuna cavab olaraq sağlamlıq haqqında arayışların verilməsinin ödənişli olması məsələsinə aydınlıq gətirib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Adilovanın sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə yalnız 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

TƏBİB rəsmisi qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin vahid tarifləri müəyyən olunub.  Obliqat qruplara, yəni müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlara arayışlar ödənişsizdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Tibbi arayışların hansı ödənişli ödənişsizdir VİDEO


RƏYLƏR