Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süleyman Soylu: ABŞ-ın başsağlığını qəbul etmirik - FOTO

Süleyman Soylu: ABŞ-ın başsağlığını qəbul etmirik - FOTO

Tarix: 14 Noyabr 2022 13:12

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

"ABŞ-ın başsağlığını qəbul etmirik", - nazir vurğulayıb.

Milli.Az


Etiketlər:  Süleyman Soylu ABŞ başsağlığını qəbul etmirik FOTO


RƏYLƏR