Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2022 11:20
Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törədən Suriyaəsilli qadın terrorçu Ahlam Albashır saxlanılıb. O, PKK terror təşkilatının "Ayn el Arab" mərkəzindən terror aktı ilə bağlı göstəriş aldığını və hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığını etiraf edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, sözügeden qadın terrorçunun hadisə yerinə necə gəldiyini və hadisəni törətdikdən sonra qaçdığını əks etdirən yeni görüntülər yayılıb.
Həmçinin görüntülərdən qadının bir skamya üzərində əyləşdiyini, daha sonra bel çantasını orada qoyaraq uzaqlaşdığını görmək mümkündür.
Qeyd olunur ki, bombanı qoyan qadının hadisə yerinə gəlib-getdiyini lentə alan 1200 təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb.