Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Ronaldunun posteri

Tarix: 17 Noyabr 2022 08:32

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldunun nəhəng posteri "Old Trafford" stadionundan götürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, plakat arenanın şərq stendində, "qırmızı şeytanlar"ən əfsanəvi baş məşqçiisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi.

Portuqaliyalı hücumçu daha əvvəl qalmaqallı müsahibəsində klub rəhbərliyini tənqid etmiş, həmçinin baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 37 yaşlı forvard 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

Milli.Az


Etiketlər:  Ronaldunun posteri Old Trafford stadionundan götürülüb


RƏYLƏR