Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avro-2023: Millimizin rəqibləri bəlli oldu

Avro-2023: Millimizin rəqibləri bəlli oldu

Tarix: 17 Noyabr 2022 08:52

2023-cü ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

İtaliyanın Neapol şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan milli komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatına Belçika, İtaliya, Estoniya və Almaniya birgə ev sahibliyi edəcək. Çempionat gələn il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Avro 2023 Millimizin rəqibləri bəlli oldu


RƏYLƏR