Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Tarix: 17 Noyabr 2022 10:16

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Sonxeber.net-a verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələrinə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam edilir.

"Hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir", - açıqlamada deyilir.

Qeyd edək ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.


Etiketlər:  Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ