Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 14:44
Hindistanda Uttar Pradeş ştatından olan bir şəxs həmkarı ilə zarafat etmək istəyib və onu sıxılmış hava axını ilə səhvən öldürdüyünə görə həbs edilib.
Sonxeber.net bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Ramabaynagar rayonundakı 47 yaşlı fabrik işçisi həmkarının arxasına şlanq taxıb və hava kompressorunu işə salıb, nəticədə həmkarı xəstəxanada dünyasını dəyişib. Yarılma zamanı məlum olub ki, ölümün səbəbi qarın boşluğuna böyük həcmdə havanın daxil olması nəticəsində daxili orqanların zədələnməsi olub.
Dindirilmə zamanı günahkar bildirib ki, bu yolla dostu ilə "zarafat etmək istəyib". Mərhum 15 il müəssisədə çalışıb və ailənin tək dolandırıb. Ailəsi işçini qətldə günahlandırıb və polisə rəsmi şikayət verib.
Polis hazırda araşdırma aparıldığını, mərhumun həmkarının təqsiri təsdiqlənərsə, onun qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunacağını bildiriblər.
İrfan Vəliyev