Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qətnamə Fransa hökumətinin mövqeyini əks etdirmir - Rokföy

Qətnamə Fransa hökumətinin mövqeyini əks etdirmir - Rokföy

Tarix: 17 Noyabr 2022 21:42

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa Hökumətinin mövqeyini əks etdirmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Bris Rokföy noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən görüşdə deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı dünən Azərbaycan Milli Məclisi bəyanat qəbul edib. Bəyanatda qeyd edilib ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri pozur.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən irəli gəlir.

Milli.Az


Etiketlər:  Qətnamə Fransa hökumətinin mövqeyini əks etdirmir Rokföy


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ