Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı paylaşım edib

Səfir Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı paylaşım edib

Tarix: 18 Noyabr 2022 16:09

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.

Sonxeber.net bildirir ki, bu barədə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

"Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.


Etiketlər:  Səfir Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı paylaşım edib


RƏYLƏR