Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qadın Ginnesin Rekordlar Kitabına düşüb - MARAQLI SƏBƏB

Bu qadın Ginnesin Rekordlar Kitabına düşüb - MARAQLI SƏBƏB

Tarix: 19 Noyabr 2022 03:32

Amerikanın Texas ştatının Hyuston şəhərinin hündürlüyü iki metrdən çox olan sakini dünyanın ən böyük ayaq altılarının canlı sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Tanya Herbert 50 ölçülü çəkmələr geyinir. Onun sağ ayağının altının uzunluğu 33 santimetr, sol ayağının altının uzunluğu isə 32,4 santimetrdir. Herbert Türkiyədə yaşayan və boyu 215,16 santimetr olan ən uzun qadını Rumeisa Gelgidən cəmi 7,5 santimetr qısadır.

Rekordu qıran amerikalı qadın mağazalarda uyğun ölçülər olmadığı üçün internetdən ayaqqabı almalı olduğunu deyib. İnternetdə tanış olduğu iri ayaqlı digər qadınlar ona ayaqqabı seçməklə bağlı məsləhətlər veriblər ki, yalnız kişi ayaqqabısı geyməsin.

"Mən tapa bildiyim ən böyük ayaqqabıları alıram, sonra onları mənə uyğunlaşdırmaq üçün uzadıb genişləndirirəm", - rekordçu deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bu qadın Ginnesin Rekordlar Kitabına düşüb MARAQLI SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ