Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 11:57
"Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?"
Bunu Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını qeyd etdiklərini bildirən İsrailin ölkəmizdəki səfiri Corc Dik deyib.
Sonxeber.net bildirir ki, C.Dik Twitter-dəki akkauntunda bununla bağlı paylaşım edərək səsvermə keçirir. Daha doğrusu o, tvitində izləyicilərə sorğu ünvanlayıb.
C.Dik səfirliyin açılmasını Azərbaycanın milli yeməyi ilə qeyd etmək istədiklərini, lakin bunun məhz hansı yemək olacağına qərar verə bilmədiklərini yazıb.
"Azərbaycanın İsraildə səfirliyinin açılması qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik, lakin yeməklə bağlı razılığa gələ bilmədik. Bizim yerimizə qərar verin, hansı yeməyi seçək?" - deyə C.Dik sual verib.